1-ci Liqanın 4-cü turu "Xankəndi"nin yeni baş məşqçisi Röyal Nəcəfovun rəsmi debütü reallaşdı. Şamaxıda qonaq qismində "Şimal" (Şimal, Shimal) ilə üz-üzə gələn Qarabağ təmsilçisi 1:1 hesablı heç-heçə ilə yadda qaldı. Nəcəfovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyuna hazırlaşmaq üçün vaxtımız çox az oldu. Futbolçulara onlardan nə istədiyimizi tam şəkildə başa salmaq üçün müəyyən zamana ehtiyac var. Zaman qısa olsa da, futbolçulardan razıyam. Verilən tapşırıqların 50-60 faizini yerinə yetirmələri ilk oyun üçün müsbət haldır. Çox sayda qol imkanımız oldu. Başlanğıcdakı 15-20 dəqiqəni çıxsaq, qarşılaşma bizim üstünlüyümüz şəraitində keçdi. İkinci yarıda ard-arda qol vəziyyətləri yaratmağı bacardıq. Təəssüf ki, yaxaladığımız fürsətlərdən yalnız birini dəyərləndirdik və yekunda bərabərlik qeydə alındı. Nəticədən narazı, komandanın oyunundan çox razı qaldım. İnanıram ki, bir qədər də "artırıb" daha yaxşı performansla diqqət çəkə bilərik".
Xatırladaq ki, "Xankəndi" 5-ci turda lider "Şahdağ Qusar"ı qəbul edəcək.
Nihat