"Çempionlar Liqasının Liqa mərhələsində zəif rəqib yoxdur. Amma "Sabah"ın digər rəqiblərinin çoxu ilə müqayisədə "Slaviya" (Slavia Praha, Slavia Prague) qismən münasibdir".
Bu sözləri Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev deyib.
Tanınmış məşqçi sabah UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya" ilə üz-üzə gələcək "Sabah"ın uğur qazanmaq şansı barədə sualı cavablandırıb: "Təmsilçimiz qitənin ən nüfuzlu klub turnirində ilk xal və ya xallarını qazana bilər. Təbii ki, Azərbaycan çempionunu çox çətin sınaq gözləyir. Əlbəttə, "Slaviya" da Bakıya məğlub olmaq üçün gəlməyib. Buna baxmayaraq, ümid edirəm ki, "Sabah" ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq. Uzun fasilədən sonra futbolsevərlər Bakı Olimpiya Stadionunda oyun izləyəcəklər. Bu məqamı da vurğulamalıyıq. "Sabah" üçün düşərli olacağına ümid edək".
Nihat