“Mançester Siti”nin (Manchester City) hücumçusu Erlinq Holand (Erling Haaland) “Liverpul” (Liverpool) üzərində 3:0 hesablı qələbədən sonra komandanın xarakterini və psixoloji dayanıqlığını yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Norveçli futbolçu bildirib ki, səfərdə qazanılan qələbə komanda üçün xüsusi əhəmiyyət daşıyır.
“Bu, həm “Mançester Siti”nin, həm də hər azarkeşin bir hissəsidir. Oyundan sonra yaşadığımız hisslər uzun müddət yaddaşımızda qalacaq. Çətin və gərgin qarşılaşma idi. Qapıçımızdan tutmuş hücum xəttinə qədər hər kəs möhtəşəm xarakter nümayiş etdirdi. Hamı ilə fəxr edirəm. Burada oynamaq həmişə çətindir. Belə məqamlarda psixoloji cəhətdən güclü qalmaq və bir-birimizə dəstək olmaq lazımdır. Bizim edə biləcəyimiz şey yaxşı futbol oynamaq və birlikdə mübarizə aparmaqdır. Başqa yolumuz yoxdur”, - deyə Holand vurğulayıb.
Hücumçu əlavə edib ki, əsas məqsəd oyunlarda qalib gəlmək, yaxşı çıxış etmək və komanda şəklində futbol oynamaqdır.
“Bu, psixoloji mübarizə idi. Çünki beynəlxalq fasilədən sonra qayıtmışdıq və iki həftədən çox ayrı qaldıqdan sonra ilk oyuna çıxmaq heç vaxt asan olmur. Birlikdə qalmağı bacardığımız üçün fəxr edirəm. Biz psixoloji cəhətdən güclüyük. Böyük qol fürsətini qaçırmışdım. Bundan sonra diqqətimi növbəti şansa yönəltməli və konsentrasiyamı qorumalı idim. Fürsət yarandı və mən də ondan istifadə etdim. Səfərdə üç qol vurduğumuz üçün fəxr edirəm. Belə nəticələrə tez-tez rast gəlinmir”, - deyə o bildirib.
Qeyd edək ki, “Mançester Siti” “Liverpul”u səfərdə 0:3 hesabı ilə məğlub edib. Holandla yanaşı, Ceremi Doku (Jérémy Doku, Jeremy Doku) və Rayan Şerki (Rayan Cherki) də fərqləniblər.
Əlisahib İbrahimli