Avropanın üç nəhəng klubu “Bayern Münhen”in (Bayern München, Bayern Munich) müdafiəçisi Alfonso Deyvisin (Alphonso Davies) transferi uğrunda mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, informasiyanı “Bavarian Football Works” yayıb.
“Real Madrid”, “Barselona” (Barcelona) və “Mançester Yunayted” (Manchester United) kanadalı sol cinah müdafiəçisinin vəziyyətini yaxından izləyir. Almaniya klubu isə futbolçu üçün gələn təklifləri dəyərləndirməyə hazır ola bilər.
“Bayern Münhen” Deyvisin transferindən təxminən 50-65 milyon avro qazanmaq istəyir. Bununla belə, futbolçu üçün hələlik rəsmi təklif daxil olmayıb.

25 yaşlı müdafiəçi zədələr səbəbindən son dövrlərdə qeyri-sabit çıxış edib. Bu amil və komandada alternativlərin meydana çıxması Münhen təmsilçisinin mümkün satış variantını nəzərdən keçirməsinə səbəb ola bilər.
Qeyd edək ki, Alfonso Deyvis 2025-ci ilin fevralında Münhen klubu ilə müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb.
Əlisahib İbrahimli