Yadullayev 3:0-dan sonra belə danışdı

Yadullayev 3:0-dan sonra belə danışdı
1-ci Liqanın 4-cü turunda "Mingəçevir"i qəbul edən MOİK 3:0 hesablı qələbəyə sevindi. Bu nəticədən sonra 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan "hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Mingəçevir"in oyunlarına baxmışdıq. Dinamik futbol oynamağa, rəqiblərinə təzyiq etməyə çalışan kollektivdir. Əsasən əıks-hücumlara üstünlük verdiklərini bilirdik. İlk hissədə qol vəziyyətlərimiz olsa da, dəyərləndirə bilmədik. Rəqib isə inamlı əks-hücumlarla yadda qaldı. İkinci yarıda isə üstünlüyü tam şəkildə ələ aldıq. 3:0 hesablı qələbə qazansaq da, ağır oyun oldu. Matçın bizim üçün asan alınmadığını düşünürəm. Uşaqlara təşəkkür edirəm".
Xatırladaq ki, MOİK 5-ci turda "Baku Sportinq"in (Baku Sportinq, Baku Sporting) qonağı olacaq.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər