La Liqa komandasının baş məşqçisi qovuldu - RƏSMİ

La Liqa komandasının baş məşqçisi qovuldu -  RƏSMİ
İspaniyanın "Osasuna" komandasının baş məşqçisi Luis Migel Ramis (Luis Miguel Ramis) istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı Pamplona təmsilçisinin mətbuat xidməti yayıb.
56 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də komandadan ayrılıblar.
Qeyd edək ki, "Osasuna" İspaniya çempionatında keçirdiyi son 5 matçda 4-də uduzub və 1-də heç-heçə edib. Komanda bu müddətdə 4 qol vurub, 17 dəfə topu tordan çıxarmalı olub. Sözügedən kollektiv 8 turdan sonra La Liqanın 8 turdan sonra 8 xalla 16-cı pillədə qərarlaşıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər