"Sabah" - "Slaviya" matçında anşlaq olacaq - Bu sayda bilet satıldı

"Sabah" - "Slaviya" matçında anşlaq olacaq - Bu sayda bilet satıldı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda sabah Çexiya "Slaviya"sını (Slavia Praha, Slavia Prague) qəbul edəcək "Sabah"ın oyununda anşlaq olacağı gözlənilir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidpvun Fanat.Az-a verdiyi məlumata görə, artıq 51 min bilet satılıb.
Bu, 68 min azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunun təxminən 75 faizinin dolacağının indidən dəqiqləşməsi anlamındadır.
Qeyd edək ki, "Sabah" - "Slaviya" qarşılaşması 20:45-də başlayacaq. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv ÇL-dəki ilk matçını səfərdə "Mançester Yunayted"ə (Manchester United) qarşı keçirib və 0:4 hesabı ilə məğlub olub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər