"Slaviya" ən real üç xal götürə biləcəyimiz rəqiblərdəndir" - Arif Əsədov

"Slaviya" ən real üç xal götürə biləcəyimiz rəqiblərdəndir" -  Arif Əsədov

"Sabah" oktyabrın 13-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə üz-üzə gələcək. Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" evdə "Slaviya"nı qəbul edir. Qrupu nəzərdən keçirsək, təmsilçimiz qalib gələ və xal götürə bilər. Amma Çempionlar Liqasında, özü də qrup mərhələsində zəif komandalar olmur, əksinə, hər ölkənin ən yaxşıları olur. O baxımdan, "Slaviya" ilə də oyun heç də asan olmayacaq, çətin olacaq. Burada vacib məqam "Sabah"ın oyuna necə yanaşacağıdır. "Neftçi" ilə də oyuna baxsaq, görürük ki, bir az xətlər arasındakı əlaqələr və performans düşübdür. Bu da təbii olan haldır ki, uzun müddət komanda bir yerdə olmayıb. O baxımdan vacibdir ki, komanda ilk dəqiqələrdən matça necə çıxacaq, hansı oyun üslubunu seçəcək. Təbii ki, "Sabah"ın oyun tərzi elədir ki, hücum daha çox düşünülür və burada ola bilər ki, "bayquşlar" görüşü ələ ala bilər, amma rəqibin də əks-hücumlarından ehtiyatlanmalıyıq. Ölkə təmsilçisi qalib gələ bilər və dediyimiz kimi, ən real üç xal götürə biləcəyimiz rəqiblərdəndir. Əsas odur ki, matç yaxşı alınsın. Uğurlar arzulayaq!"

Qeyd edək ki, "bayquşlar" ilk oyununu "Mançester Yunayted"ə (Manchester United) qarşı keçirib və 0:4 hesabı ilə məğlub olub.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər