“Uğurlu nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq” - Rəhman Daşdəmirov

“Uğurlu nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq” -  Rəhman Daşdəmirov
"Sabah" komandasının müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun "Slaviya" (Slavia Praha, Slavia Prague) ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Fanat.Az Daşdəmirovun fikirlərini təqdim edir:
- Komandanın durumu nə yerdədir? Matçın Bakı Olimpiya Stadionunda oynanılması sizin üçün həyəcan yaradır?
- Sabah oyun olacaq. İlk ev matçına çıxacağıq. Ümid edirəm ki, azarkeşlərimiz gələr. Uğurlu nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq. Matça yaxşı hazırlaşmışıq.
- Millidə üzərinizdə çox təzyiq olmuşdu. Buna görə üzərinizdə yorğunluq var?
- Yorğunluq qaldığın düşünmürəm. Millidə qalib gəldikdən sonra heç bir yorğunluğum yoxdur. Hər şey yaxşıdır.
- BOS daha böyük stadiondur. Burada oynamaqdansa Tofiq Bəhramov adına Respublika Stadionunda oynamaq daha yaxşı olmazdı?
- Burada azarkeş dəstəyi çox ola bilər. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika Stadionu Azərbaycan üçün tarixi stadiondur. BOS-da daha çox azarkeş olsa, düşünürəm ki, daha yaxşı olar.
- Meydançanın durumu nə vəziyyətdədir?
- Burada bir dəfə məşq etmişik. Stadionun ot örtüyü yaxşı vəziyyətdədir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər