"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.
Fanat.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış komandanın yubiley qoluna Abdullahi Şuaybu (Abdullahi Shuaibu) imza atıb.
O, Misli Premyer Liqasının VII turunun "Zirə" ilə səfər görüşündə (1:1) fərqlənib.
900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən "Şamaxı" ümumi qol sayında yalnız "Qarabağ", "Neftçi" və "Kəpəz"dən geri qalır.
Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də "Neftçi" ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.