“Kerrik dəfələrlə xəbərdarlıq edib, amma futbolçular eyni səhvi təkrarlayır”

“Kerrik dəfələrlə xəbərdarlıq edib, amma futbolçular eyni səhvi təkrarlayır”
“Mançester Yunayted”in (Manchester United) baş məşqçisi Maykl Kerrik (Michael Carrick) komandasının son oyunlardakı müdafiə səhvlərindən narahatdır.
Fanat.Az xəbər verir ki, informasiyanı “The Sun” yayıb.
“Tottenhem”lə (Tottenham Hotspur) 1:1 hesablı heç-heçədən sonra “qırmızı şeytanlar”ın qapıçısı Senne Lammens bildirib ki, baş məşqçi komandanın cinahlardan ötürmələrin qarşısını almağına xüsusi diqqət yetirir.
Lammensin sözlərinə görə, Kerrik bu məsələdə futbolçulara dəfələrlə xəbərdarlıq edib. Buna baxmayaraq, komanda “Tottenhem”lə matçda rəqibin təhlükəli ötürməsinin qarşısını ala bilməyib və Dominik Solankenin (Dominic Solanke) son dəqiqələrdə vurduğu qola mane ola bilməyib.
Qeyd edək ki, “Mançester Yunayted” “Tottenhem”lə görüşdə hesabı açsa da, qələbəni qoruya bilməyib. Rəqib komanda Rodriqo Bentankurun (Rodrigo Bentancur) qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda oynasa da, matçın əlavə vaxtında bərabərlik qolunu vurub.
Bu nəticədən sonra “Mançester Yunayted”in mövsümün əvvəlindəki uğursuz çıxışı ilə bağlı tənqidlər artıb. Komanda növbəti oyunda “Atletiko Madrid”lə (Atlético de Madrid, Atletico Madrid) qarşılaşacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər