Baş məşqçi kimi ilk "El Klasiko"nu qazanan "Real"ın çalışdırıcısı Zinəddin Zidan "Barselona" üzərində qələbəni şərh edib. Fanat.az xəbər verir ki, gənc məşqçi komandasından razı qaldığını bildirib.
O, hər komandanın "Nou Kamp"da qələbə qazanmadığını qeyd edib:
"Həm hesabdan, həm də futbolçularımın sərgilədiyi oyundan çox razıyam. Çətin səfərdən önəmli qələbə ilə ayrıldıq. İndi isə Çempionlar Liqasında "Volfsburq"la oynayacağımız qarşılaşmanı düşünməliyik. Bu qalibiyyət mövsümün geridə qalan hissəsi üçün çox vacib idi. Sona qədər meydanda mübarizə aparmağa məcburuq. Tarix bizə bunu məcbur edir. Çox az komanda "Nou Kamp"da qələbə qazana bilir. Azarkeşlərimiz komandaları ilə qürur duymalıdı".
Qeyd edək ki, sözügedən qarşılaşma 2:1 hesabı ilə Madrid təmsilçisinin xeyirinə başa çatıb.
Fanat.az