Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirib. Fanat.az xəbər verir ki, millimizlə eyni qrupda yer alan komandanın çalışdırıcısı bunları deyib:
"Kifayət qədər maraqlı qrupa düşmüşük. Yaxşı rəqiblərimiz var. Aydın məsələdi ki, qrupda birinci yeri tutmağa çalışmalıyıq. Çünki hazırkı dünya çempionuyuq. Çexiya, Norveç və Şimali İrlandiya son dövrlər çox iddialı komandaya çevrilib. Yaxşı nəticələr qazanırlar. Amma biz hazırda AVRO-2016-nın seçmə mərhələ oyunlarına köklənmişik. DÇ-2018-in seçmə mərhələsinə Avropa çempionatından sonra köklənəcəyik.
Fanat.az