Ufukla Umut oynadı, "Qaziantep BB" uddu

Ufukla Umut oynadı, "Qaziantep BB" uddu

Türkiyənin PTT 1-ci liqasında XXVI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Osmanlıspor"u qəbul edib.

Oyun qonaq Qaziantep təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk Budak start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Umut Sönmez isə 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Qaziantep BB" 26 turdan sonra 35 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər