UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Sabah” oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.
Fanat.Az xəbər verir ki, matçdan əvvəl Almaniya təmsilçisinin baş məşqçisi Niko Kovaç (Niko Kovač, Niko Kovac) media nümayəndələrinin suallarını cavablandırıb.
Onun açıqlaması belə olub:
- İlk dəfədir Bakıdasınız. Rəqibə qarşı necə hazırlaşmısınz? Komanda barədə nə deyə bilərsiniz?
- İkinci dəfədir. Yaxşı ölkədir, əyləncəlidir. Bizə lazım olan materiallar var. Ona uyğun hazırlıq işləri aparırıq. Bəzi işləri çatdırmadıq. Ona görə sabah da nələrsə edəcəyik.
- Rəqibin hansı üstünlükləri var?
- Valdas Dambrauskası əvvəldən tanıyıram. Klub olaraq, ciddi rəqibdir. Çətin oyun bizi gözləyir. İti olmalıyıq və dik qalmalıyıq. Bizdə olan keyfiyyəti matçda göstərməliyik.
- “Budyo Qlimt” (Bodø/Glimt, Bodo/Glimt) və “Sabah” eyni səviyyədə komanda hesab oluna bilər. Norveç təmsilçisinə məğlub oldunuz. Son iki matçda qol vura bilməmisiniz. Bu məqamlar sizi narahat etmir?
- Mən yenə də deyirəm rəqiblərimizə hörmətimiz var. Biz bu matçı oynayıb udacağıq. Motivasiya olaraq daha üstünük. Keyfiyyət baxımından da öndəyik və bu oyunda qələbə qazanacağıq.
- “Sabah”la bağlı təəssüratlarınız necədir?
- Oyun barədə artıq danışmışam. Bizdə lazım olan istiqamətlər var. Qələbə qazanacağıq.
- Siz son 3 oyunda qələbə qazana bilməmisiniz. “Sabah”a qarşı hansı çıxış yolu axtarırsınız?
- Mən gələndə 11-ci yerdəydik. Müqayisə etmək olmur. Xoşagəlməz nəticələr olub. “Sabah” biz gücümüzü göstərəcəyik. Sabahkı oyundan sonra pozitiv qiymətləndirə bilərik. Vacib bir matç bizi gözləyir və yaxşı hazırlaşmışıq.
Əlisahib İbrahimli