“Bayern Münhen” (Bayern München, Bayern Munich) qış transfer pəncərəsində müdafiəçisi Saşa Boye (Sacha Boey) ilə yollarını ayırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin fransalı futbolçu ilə bağlı qərarının arxasında onun baş məşqçi Vensan Kompaninin (Vincent Kompany) planlarında yer almaması dayanır.
Bildirilib ki, “Bayern Münhen” rəhbərliyi Boye üçün münasib təklif alacağı təqdirdə onun satışına razılıq verə bilər. Klubun futbolçunu heyətində saxlamaqda maraqlı olmadığı barədə daha əvvəl də məlumatlar yayılıb.
Qeyd edək ki, Səşa Boey 2024-cü ilin yanvarında “Qalatasaray”dan (Galatasaray) “Bayern”ə keçib. Onun Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Əlisahib İbrahimli