Arda Turan gözlənilirdi, amma...

Arda Turan gözlənilirdi, amma...
Türkiyə millisinin yeni baş məşqçisinin Sergen Yalçın olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sözcü" yayıb.
Mənbənin məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) təcrübəli mütəxəssislə prinsipial razılıq əldə edib.
Arda Turan gözlənilirdi, amma...
Vinçentso Montella (Vincenzo Montella) ilə yolların ayrılmasından sonra yeni baş məşqçi axtarışlarına başlayan federasiya Sergen Yalçınla razılığa gəlib. Son olaraq "Beşiktaş"ı çalışdıran 53 yaşlı mütəxəssisin təyinatının oktyabrın 20-də TFF İdarə Heyətinin iclasından sonra rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, tərəflər arasında dörd illik müqavilə barədə razılıq əldə olunub. Lakin təyinatla bağlı rəsmi açıqlama hələ verilməyib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər