2-ci Liqa: "Qaradağ Lökbatan" zirvəyə qayıda biləcək?

2-ci Liqa: "Qaradağ Lökbatan" zirvəyə qayıda biləcək?
Azərbaycan 2-ci Liqasında 8-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, bazar günü start götürən tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
"Zəngəzur" Zaqatalada aşkar autsayder "Şəki" ilə üz-üzə gələcək. Debütant qalib gəlməklə liderlərdən aralanmamağa çalışacaq.
Nəhayət, Lökbatanda çempionluğa iddialı iki komanda - “Qaradağ Lökbatan” ilə “Dinamo” (Dynamo) münasibətlərinə aydınlıq gətirəcəklər. Amit Quluzadənin komandası qalib gəlməklə, zirvəyə yüksəlməyi hədəfləyirsə, "nazirlik təmsilçisi" lökbatanlılarla xal fərqini əlçatana endirmək əzmindədir.
Qeyd edək ki, bazar günü baş tutan görüşlərdə "Marafon" "Kür-Araz"ı 7:1, "Şirvan" "Ağstafa Gəncləri"ni 3:2, "Hypers" "Ağdaş"ı 2:1 hesabı ilə üstələyib, “Şəmkir” – “Difai” duelində qalib müəyyənləşməyib (1:1).
Azərbaycan 2-ci Liqası
8-ci tur
20 oktyabr
15:00. “Şəki” – “Zəngəzur”
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
15:00. “Qaradağ Lökbatan” – “Dinamo”
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər