“Qarabağ”ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də...” - Emrah Çelikel

“Qarabağ”ın məqsədi yalnız futbolçu yetişdirmək deyil, həm də...” -  Emrah Çelikel
“Qarabağ” Futbol Klubu Akademiyası və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkil etdiyi “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın başa çatması münasibətilə bu gün tədbir keçirilib.
Fanat.Az xəbər verir ki, tədbirdə “Qarabağ”ın baş direktoru Emrah Çelikel də çıxış edib.
Çelikel məşqçilərin peşəkar hazırlığının və bilik səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
O, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlığın “Qarabağ” üçün əhəmiyyətini vurğulayaraq klubun hədəfinin yalnız futbolçular yetişdirməkdən ibarət olmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsədlərdən biri vətənini sevən, cəmiyyətə fayda verən vətəndaşlar yetişdirməkdir. Akademiyaya gələn uşaqların ilk növbədə yaxşı övlad, nümunəvi şagird və vətəninə bağlı insan kimi formalaşmasına diqqət yetirilir. Futbolçu olmaq üçün uyğun potensiala malik uşaqlara isə lazımi dəstək göstərildiyini vurğulayıb.
Klub rəsmisi uşaqlarla bilavasitə işləyən məşqçilərin elmi hazırlığının və peşəkarlığının yüksəldilməsinin önəmindən də danışıb.
Çelikel qeyd edib ki, bu məqsədlə məşqçilər proqram çərçivəsində təşkil olunan dərslərə qatılıblar. İştirakçıların bir qismi təlimləri uğurla tamamlayıb, digərləri isə müəyyən çətinliklərlə qarşılaşıblar. Bununla belə, o, bu cür təlimlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini bildirib.
Tədbirin yekununda proqramı uğurla tamamlayan “Qarabağ” Futbol Klubu Akademiyasının məşqçilərinə sertifikatlar təqdim olunub.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər