1-ci Liqanın 5-ci turunda autsayder "Baku Sportinq"in qonağı olan MOİK 3:1 hesablı qələbə qazandı. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqib bu oyuna qədər xal qazana bilməmişdi. Bilirdik ki, meydana motivasiya ilə çıxacaqlar. Ot örtüyünün vəziyyəti yaxşı deyildi. Süni qazonda məşq edib belə təbii otda oynamağın yaratdığı çətinlik öz yerində, matçın da əvvəli bizim üçün yaxşı alınmadı. Görüşün 25-ci dəqiqədə qapımıza qol vuruldu. Hesabda geri düşsək də, toparlanaraq öz qollarımızı vurduq və qələbə qazandıq. Ruhdan düşmədiklərinə və xarakter göstərdiklərinə görə oyunçularımıza təşəkkür edirəm. Belə ağır meydanda 3 xal əldə etdiyimiz üçün şadam".
Qeyd edək ki, hazırda 10 xalı olan nazirlik komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Nihat