ABL: "Sabah" NTD-yə qalib gəlib

ABL: "Sabah" NTD-yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün yeganə matçında NTD ilə qarşılaşan son çempion "Sabah" qələbə qazanıb - 100:75.

Qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər