1-ci Liqa təmsilçisi MOİK əsas futbolçularından birini itirib.
Fanat.Az-ın məlumatına görə, cinah müdafiəçisi Yusif Nəbiyev sıradan çıxıb.
Bu yay MOİK-ə qoşulandan sonra ikinci dəfə xəsarət alan cinah müdafiəçisi 5-ci turda "Baku Sportinq"i məğlub etdikləri görüşün (3:1) sonlarında zədələnib. O, 74-cü dəqiqədə Məzahir Məmmədzadə ilə əvəzlənib.
Qeyd edək ki, hazırda 10 xalı olan nazirlik komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevdir.
Nihat