Oktyabrın 19-da “Sabah” Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sını (Borussia Dortmund) qonaq edəcək.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb matçla bağlı gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Gözləntilərimiz həmişə böyükdür. “Sabah”ın hər dəfə yeni-yeni uğurlarla bizi sevindirdiyinin şahidi oluruq. Hamıda inam yaranıb ki, komandamız öz azarkeşləri önündə mübarizə apara bilməyə qadirdir. Təmsilçimiz tamaşaçıları sevindirmək üçün əlindən gələni edəcək. Nə qədər ağır olsa da, müasir futbolun tələblərinə cavab verən vəziyyətlə barışmalıyıq. Dortmund “Borussiya”sı köklü klubdur. İllərdir ÇL-də iştirak edir. Lakin “Sabah” hər oyunda hansısa ilklərə imza atır. Biz yenə komandamızdan uğurlu nəticə gözləyirik”.
Əlisahib İbrahimli