ÇL: "Sabah" Bakıda Dortmund "Borussiya"sı ilə qarşılaşır

ÇL: "Sabah" Bakıda Dortmund "Borussiya"sı ilə qarşılaşır
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu başlayır.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində təmsil edən “Sabah” komandası da bu gün növbəti oyununa çıxacaq.
Azərbaycan çempionu Almaniya nəhəngi “Borussiya Dortmund"u (Borussia Dortmund) qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:45-də başlayacaq. Görüşü ispaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Xavyer Alberola Roxas (Javier Alberola Rojas) olacaq.
“Sabah” ilk turda səfərdə “Mançester Yunayted”ə (Manchester United) 0:4 hesabı ilə uduzsa da, ötən həftə Bakıda Çexiya “Slaviya”sını (Slavia Praha, Slavia Prague) 2:0 hesabıyla yenib. “Borussiya” isə evdə “Vilyarreal”ı (Villarreal) 3:2 hesabı ilə məğlub edib, səfərdə “Budyo Qlimt”ə (Bodø/Glimt, Bodo/Glimt) 0:1 hesabı ilə uduzub.
"Bayquşlar" hazırda Liqa mərhələsinin turnir cədvəlində 36 komanda arasında 22-ci yerdədir.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
20 oktyabr
20:45. Sabah – "Borussiya Dortmund" (Almaniya)
Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriges Moreno (Alfredo Rodríguez Moreno, Alfredo Rodriguez Moreno), Karlos Alvares Fernandes (Carlos Álvarez Fernández, Carlos Alvarez Fernandez), Viktor Qarsiya Verdura (hamısı İspaniya).
VAR: Sesar Soto Qrado (İspaniya).
AVAR: Valentin Qomes (İspaniya).
Bakı Olimpiya Stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər