“Sabah” oktyabrın 20-də Dortmund “Borussiya”sı (Borussia Dortmund) ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, oyundan öncə ölkə təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib haqda nə deyə bilərsiniz? İki oyundur, qol vura bilmirlər?
- Uğurlar arzuladığın üçün təşəkkürlər. Ehtiyacımız olacaq. Onların qol vura bilməməsi, bizim üçün yaxşı deyil. Çünki bunun üçün daha da diqqət yetirəcəklər. Oyun tərzləri yaxşıdır. Güclü cəhətləri çoxdur. Sabah biz də çox şeylər öyrənəcəyik. Rəqib yüksək pressinq edən komandadır. Biz ÇL-dəyik asan oyun gözləmirik. Səbirsizliklə matçı gözləyirik.
- Xəyal Əliyev sabahkı matça hazırdır?
- İnanıram ki, hazırdır. Lakin başqa oyunçular da hazırdır.
- Sabah azarkeş dəstəyi nə qədər kömək olacaq? Qələbə şansınızı necə dəyərləndirirsiniz?
- Bizim üçün azarkeşlər qarşısında oynamaq böyük məmnuniyyətdir. Komandamın göstəriciləri mənim üçün önəmlidir. Verdiyim tapşırıqların yerinə yetirilməsi buna aiddir. Diqqətli olmaq lazımdır.
- Dortmund “Borussiya”sı ilə matçda neçə qol vurmağı planlaşdırırsınız?
- Buna çalışacağıq. Lakin rəqibdən soruşun ki, bizə nə qədər imkan yaradacaqlar.
Əlisahib İbrahimli