UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda “Sabah”la üz-üzə gələcək Almaniyanın Dortmund “Borussiya”sı (Borussia Dortmund) qarşılaşma öncəsi son məşqini keçirib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisinin Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif məşqlər yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Əlisahib İbrahimli