“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda Dortmund “Borussiya”sını qonaq edəcək.
Fanat.Az xəbər verir ki, komandanın sağ cinah müdafiəçisi Akim Zedadka jurnalistlərin sualını cavablandırıb.
Onun açıqlaması belə olub:
- Komanda daxilində qələbə üçün inam hansı səviyyədədir?
- Çətin oyun olacağını bilirik. Qələbə qazanmaq üçün oynayırıq. Lakin kimə qarşı oynadığımızı da bilirik. ÇL-dəki matçlardan həzz almaq istəyirik. Ümid edirik ki, sabah yaxşı bir oyun olacaq.
Əlisahib İbrahimli