Azərbaycan millisi AÇ-də 3-cü oldu

Azərbaycan millisi AÇ-də 3-cü oldu

Yunanıstanın (Greece) Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, "BWF (Badminton World Federation) AirBadminton European Continental Championships 2026" turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.
C qrupunda mübarizə aparan milli ümumi hesabda İsveçrəni (Schweiz, Switzerland) 3:1, Xorvatiyanı (Hrvatska, Croatia) isə 3:0 hesabı ilə məğlub edib. Almaniya (Deutschland, Germany) yığmasına 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.
1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komanda rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.
Finala vəsiqə uğrunda Türkiyə (Türkiye, Turkey) millisi ilə üz-üzə gələn təmsilçilərimiz ümumi hesabda 1:3 uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti medal uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər