“Barselona” “Real Madrid” və “Liverpul”u qabaqlamağa çalışır

“Barselona” “Real Madrid” və “Liverpul”u qabaqlamağa çalışır
“Barselona” (Barcelona) Almaniyanın “Ştutqart” (VfB Stuttgart) klubunda çıxış edən müdafiəçi Finn Yelçin (Finn Jeltsch) transferi ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı “FootballTransfers” yayıb.
Məlumata görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) gənc futbolçunun komandaya cəlb olunmasını istəyir. “Barselona” bu transferdə “Liverpul” (Liverpool) və “Real Madrid”i qabaqlamağa çalışır.
20 yaşlı mərkəz müdafiəçisi son mövsümlərdə “Ştutqart”dakı çıxışı ilə diqqət çəkib. Onun transfer dəyərinin təxminən 50 milyon avro olduğu bildirilir.
Almaniya millisinin son toplanışına da dəvət alan Yelç hələ əsas milli komandada debüt etməyib.
Qeyd edək ki, futbolçunun “Ştutqart”la müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər