"Şamaxı" ilə görüşdə də 3 xal qazanmağa köklənmişik" - İdris İnqilablı

"Şamaxı" ilə görüşdə də 3 xal qazanmağa köklənmişik" - İdris İnqilablı
Misli Premyer Liqasının 8-ci turunda Yevlaxda "Turan Tovuz"u qəbul edən "İmişli" iddialı rəqibi üzərində 1:0 hesablı qələbə qazandı.
"Pələnglər"in 90 dəqiqə parlaq performansla diqqət çəkən futbolçusu İdris İnqilablı qarşılaşmanın ardından fikirlərini Fanat.Az-a bölüşdü:
"Belə isti havada sonadək mübarizə aparan komanda yoldaşlarıma təşəkkür düşür. Meydana 3 xal üçün çıxmışdıq. Sonadək vuruşduq. Bu oyunda qalib gəlmək bizim üçün çox vacib idi. Turnir cədvəlində bizdən aşağı pillələrdə olan "Şəfa" və "Araz-Naxçıvan"la xalq fərqini artırmalı olduğumuzu bilirdik. Şadam ki, istəyimizə çatdıq. Bizi sonadək dəstəkləyən azarkeşlərimizə minnətdarıq. Onların dəstəyi bizim üçün böyük motivasiyadır.
Əlbəttə, çempionat hələ yeni başlayıb. İrəlidə uzun marafon var. Əlimizdən gələnin ən yaxşısını edib daha yuxarı pillələrə yüksəlməyə çalışacağıq. Yaxşı komandamız var. Qarşıdan daha bir çətin oyun gəlir. "Şamaxı" ilə görüşdə də 3 xal qazanmağa köklənmişik".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər