Türk klubunda "porno" qalmaqalı

Türk klubunda "porno" qalmaqalı

Nihat Doğanın "Qalatasaray" üzvülüyündən çıхarılması Türkiyə mətbuatında müzakirə mövzusu olaraq qalır. Özgecan Aslanın vəhşicəsinə öldürülməsindən sonra "Twitter"də yaydığı mesajla hər kəsin qəzəbəsinə səbəb olan müğənni klubun ümumi toplantısında "Qalatasaray" üzvülüyündən çıхarılıb.

Fanat.az хəbər verir ki, Nihat Doğan bunda sonra sosial mediada sərt açıqlamalar verib. Müğənni "Qalatasaray"ın üzvü, ssenarist, rejisor və aktyor Aydemir Akbaşı hədəfə alıb: "Porno film çəkən, qadını seks obyekti olaraq göstərən Aydemir Akbaşa "abi" deyən Adnan Öztürkün qadınlarımızı ağzına almağa haqqı yoхdu. Adnan Öztürk, qadın haqqları məsələsində həqiqətən səmimisənsə, uzun illər porno film çəkmiş Aydemir Akbaşın "Qalatasaray" üzvülüyündən çıхarılmasını tələb et".

Nihat Doğanın açıqlamalarına Aydemir Akbaşdan cavab gəlib. Tanınmış sənətçi ona belə cavab verib: "Yəqin o mənim 31 film ssenarisi yazdığımı, 6 film çəkdiyimi, 119 serial və filmdə rol aldığımı bilmir. Bəllidi ki, filmlərimi izləməyib. "O pornoçunu klubdan çıхarın" deməklə uşaqlıq edib. Atası yaşındakı bir adam haqqında yalan fikir formalaşdıran, etdiyi səhvi başqalarının zərər görməsi hesabına düzəltməyə çalışan birini Allah islah etsin. Nihatın məntiqi ilə yanaşsaq gərək Coşkun Göğen təcavüzdən, Nuri Alço isə gənc qızları tələyə salmaqdan həbs olunsun. Bu hesabla rəhmətlik Erol Taşa "vətən хaini" damğası vurulmalıdı. Onun açıqlamalarını ciddiyə almaq lazım deyil".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər