Asif Məmmədovdan 18 mövsümün rekordu

Asif Məmmədovdan 18 mövsümün rekordu

Misli Premyer Liqasının 8-ci turu Asif Məmmədovun meydana çıxması ilə əlamətdar olub.

Fanat.Az xəbər verir ki, “Sabah”la ev matçının (0:4) 88-ci dəqiqəsində meydana daxil olan yarımmüdafiəçi mövsümdə ilk dəfə şans qazanıb.

O, 40 yaş 73 günlüyündə meydana çıxıb.

Bununla da Premyer Liqada son 18 mövsümün rekordu qeydə alınıb. Asif bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.
Premyer Liqa tarixində daha yaşlı futbolçunun meydana çıxmasına sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Sonuncu - 26-cı turda “Qarabağ”la görüşdə “Karvan”ın qapıçısı Nadir Şükürov qol da buraxmayıb - 0:0. 2009-cu il mayın 17-də baş tutan qarşılaşmada qapıçı 42 yaş 82 günlüyündə matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, Məmmədov bunadək Premyer Liqada son oyununu 2023/24 mövsümünün son trunda keçirib. O, 2024-cü il mayın 25-də “Sumqayıt”la səfər matçında (0:1) meydana çıxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər