Ruslan Qurbanov oynadı, komandası məğlub oldu

Ruslan Qurbanov oynadı, komandası məğlub oldu

Xorvatiya çempionatında XXVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu doğma meydanda "RNK Split"lə qarşılaşıb. Split derbisi "Hayduk"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qurbanov matçın 66-cı dəqiqəsində meydana çıxmasına baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, "Hayduk" hazırda 37 xalla dördüncü pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər