Qurban Qurbanov "İnter"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi rəqibin oyununun onlar üçün sürpriz olduğunu deyib:
"Nəticə normal oldu. Biz yaxşı komandaya qarşı oynadıq. "İnter"in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim. Ümumi götürsək, matç pis alınmadı. Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar var idi ki, bunu normal qarşılamaq lazımdı. "İnter"ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub".
Fanat.az