İran çempionatında XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu bu tur öz meydanında “İstiqlal”ı qəbul edib.
Görüş təbrizlilərin böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Traktorsazi" xalını 47-ə çatdırıb.
Qeyd edək ki, Təbriz təmsilçisi 24 turdan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk pillədə olan "Neft Tehran"ın isə 48 xalı var.
Fanat.az