"Matçın favoriti "Seltik"di" - Qurban Qurbanov

"Matçın favoriti "Seltik"di" - Qurban Qurbanov
"Seltik" böyük tarixi olan klubdu. Onların gücü hər kəsə bəllidi. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində "Seltik"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Şotlandiya klubunun matçın favoriti olduğunu bildirib: "Amma bu oyunda  istənilən nəticə qeydə alına bilər.  "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onları yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq".
Qurbanov futbolçularının hər hansısa təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb: "Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər