Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 9 qarşılaşma baş tutub.
Güclü çempionatlarda çıxış edən bu komandaların matçları daha çox maraq kəsb edir. Türkiyə “Fənərbaxça”sı Ukrayna “Şaxtyor”u ilə qarşılaşıb. Bu qarşılaşma Türkiyədə uğurla çalışmış və tez-tez adı bu ölkənin klubları ilə yanaşı hallanan Mirça Luçeskunun rəqib qismində İstanbula qayıtması ilə əlamətdar olub.
Rəqiblərin bütün cəhdlərinə baxmayarq Luçesku Türkiyəyə dönüşünü qolla qeyd edə bilməyib. Qolsuz bərabərliklə ukraynalılar ikinci oyun öncəsi nisbi üstünlük qazanıblar.
Bundan başqa, Rusiya ÇSKA-sının Çexiya “Sparta”sı, “Panatinaikos”un (Yunanıstan) Belçika “Beügge”si ilə qarşılaşmaları da maraqlı olub. “Monako” isə İsveçrədə “Yanq Boyz”un qonağı olub.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
ÇSKA (Rusiya) - Sparta (Çexiya) 2:2
Qollar: Caqoyev, 14. Tosiç, 53 - Fatai, 15. Kreyçi, 57.
Milsami (Moldova) - Şkenderbeu (Albaniya) 0:2
Qollar: Salihi, 50; 73.
Midilyand (Danimarka) - APOEL (Cənubi Kipr) 1:2
Qollar: De Vinsenti, 30; 33.
Makkabi (Təl-Əviv, İsrail) - Viktoriya (Çexiya) 1:2
Qollar: İtzaki, 79 - Mahmutoviç, 17. Petrjela, 21.
Fənərbaxça (Türkiyə) - Şaxtyor (Ukrayna) 0:0
Panatinaikos (Yunanıstan) - Brügge (Belçika) 2:1
Qollar: Berq, 37. Karelis, 65 - Mbombo, 16.
Yanq Boyz (İsveçrə) - Monako (Fransa) 1:3
Qollar: Nuzzolo, 74 - Kurzava, 64. Karilla, 72. Pasaliç, 75.
Videoton (Macarıstan) - BATE (Belarus) 1:1
Qollar: Vinisius, 89 - Luyiks, 56 (avtoqol).
Dinamo (Xorvatiya) - Molde (Norveç) 1:1
Qollar: Henrikez, 18 - Kamara, 21.
Fanat.az