İraqın Regional Kürd Bölgəsinin rəhbərliyi Ərbildə 131 nəfəri həbs edib. Fanat.Az xəbər verir ki, buna səbəb "Real" - "Barselona" oyunu olub.
Rəsmi açıqlamada bildirilir ki, "El-Klasiko"dan sonra qələbəni evlərindən havaya atəş açmaqla qeyd edən 131 "Barselona" azarkeşi həbs edilib.
Olayla bağlı mətbuat konfransı keçirən Ərbil Polis İdarəsinin rəisi Abdulhalik Talat "Real" - "Barselona" matçının oynandığı axşam havaya atəş açanların müəyyənləşdirilərək həbs olunması prosesinin davam edəcəyini bildirib. Həbs edilənlərin polis və ya hərbçilər olmadığını bildirən rəis sabitliyin pozulmasına imkan verməyəcəklərini qeyd edib.
Fanat.Az