İspaniya La Liqasında XXXIII turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, "Barselona" ötən axşam "Osasuna"nı qəbul edib.
Oyun meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barselona"nın heyətində Lionel Messi, Andre Qomes və Pako Alkaker dubl edib, Xavyer Maskerano bir qol vurub. "Osasuna"nın təsəlli qoluna isə Roberto Torres imza atıb.
Qeyd edək ki, aktivində 78 xal olan "Barselona" "Real"la 1-2-ci pillələri bölüşür. "Real"ın ehtiyatda bir oyunu var.
Fanat.Az