"El Klasiko" barədə 831 milyon "tvit"

"El Klasiko" barədə 831 milyon "tvit"
"Real" - "Barselona" matçının oynandığı 21 noyabrda "El Klasiko" hashtagi ilə dünya miqyasında atılan "tvit"lərin sayı 831 milyon olub.
Aparılan araşdırmaya görə, 21 noyabr və səhəri günü "Twitter"də dünya gündəmi sırasında birinci pilləni tutan "El Klasiko"da "Barselona"nın 4:0 hesablı qələbə qazanması "tvit"lərin sayının artmasına səbəb olub.
"Twitter"də "Barselona"nın vurduğu 4 qoldan ən çoх "tvit" yazılan Andres İnyestanın vurduğu 3-cü qol olub. 
"El Klasiko"nun keçirildiyi 90 dəqiqə ərzində "Twitter"də haqqında ən çoх danışılan futbolçu "Barselona"lı Lionel Messi olub. Messini Kataloniya klublarının digər ulduzları - Andres İnyesta və Luis Suares izləyib. 
"El Klasiko"da uduzan "Real"dan ən çoх müzakirə edilən futbolçular Kriştiano Ronaldo, Kərim Benzema və Marselo olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər