AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri I divizionun XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Mil-Muğan"la oyunun 38-ci dəqiqəsində iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Şuşa Qarabağ"ın futbolçusu Tərlan Xəlilov 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.
"Mil-Muğan" və MOİK 5, "Rəvan" isə 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimələnib.
Fanat.az