Qrossmeysterimiz İspaniyada birinci oldu

Qrossmeysterimiz İspaniyada birinci oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster doqquz turdan 7,5 xal toplayaraq birinci yeri tutub.

Qeyd edək ki, Səfərli yarışın güclü A turnirində mübarizəsini davam etdirir. Səkkiz turdan sonra o, 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız yarım xal geri qaldığı lider Tin Jingyao (Sinqapur) ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər