Poker etdi, "Flamenqo"nun tarixinə düşdü

Poker etdi, "Flamenqo"nun tarixinə düşdü

Braziliyanın "Flamenqo" klubu Libertadores Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Deportes Tolima"nı qəbul edib.

Fanat.Az xəbər verir ki, Rio-de-Janeyrodakı "Marakana - Mario Filyu" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "Flamenqo"nun hücumçusu Pedro Abreu 4 qola imza atıb. Bu, sözügedən Braziliya təmsilçisinin tarixinə Libertadores Kubokunda ilk poker kimi düşüb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər