Nəfəs kəsən "El-Klasiko"da vurulan qollar - VİDEO

Nəfəs kəsən "El-Klasiko"da vurulan qollar - VİDEO

Dünən İspaniya La Liqasında "Real" - "Barselona" oyunu baş tutub. Fanat.Az xəbər verir ki, Madriddə keçrilən "El Klasiko"da 5 qol vurulub.

Oyun "Barselona"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Real"ın qollarına Kasemiro və Ceyms Rodriges imza atıb. "Barselona"nın heyətində isə Lionel Messi dubl edib, İvan Rakitic bir qol vurub.

Qeyd edək ki, hazırda "Barselona" 75 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Real"ın ehtiyatda bir oyunu var.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər