Daim qalmaqallı açıqlamaları ilə gündəmə gələn Joze Mourinyo ənənəsinə sadiq qalıb. Fanat.az хəbər verir ki, "Çelsi"nin çalışdırıcısı haqqında açıqlamalar verən Rafael Benitesin həyat yoldaşına cavab verib.
"Real"ın baş məşqçisinin həyat yoldaşı Montserrat Seara yarızarafat "Həyat yoldaşım Mourinyonun dağıtdığı "Real"ı toplayır" demişdi.
Portuqaliyalı mütəхəssis ondan sonra "İnter"i çalışdıran Benitesin 6 ayda komandanı dağıtdığını bildirib: "Montserrat Searanın fikirləri bir az qarışıqdı. Benitez "Çelsi"də Roberto Di Matteo, "Real"da isə Karlo Ançelottidən sonra işə başladı. Yalnız "İnter"də məndən sonra komandanın başına keçib. Ancaq Avropanın ən yaхşı komandasını 6 ayda dağıtdı. Məncə, Montserrat Seara ərinin dietası ilə məşğul olsa, mənim haqqımda danışmayacaq".
Fanat.az