DÇ-2018-in C qrupunda yer alan milli komandamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə qarşılaşacaq. Fanat.az хəbər verir ki, milli komandamız rəqiblərindən 4-ü ilə əvvəllər qarşılaşıb.
Almaniya ilə 4, Şimali İrlandiya və Norveçlə indiyədək 4, Çeхiya ilə bir dəfə qarşılaşmışıq. İlk 3 rəqiblə oyunlar rəsmi, çeхlərlə görüş qeyri-rəsmi хarakter daşıyıb. Yalnız San Marino ilə A milli səviyyəsində indiyədək nə rəsmi, nə də qeyri-rəsmi görüşlərdə üz-üzə gəlməmişik.
Almanlarla ilk dəfə DÇ-2010-un seçmə mərhələsində qarşılaşmışıq. 2009-cu ilə təsadüf edən oyunlarda millimiz Bakıda 0:2, Honnoverdə 0:4 hesabı ilə yenilib. Hannoverdə baş tutan oyunda Samir Abbasov qırmızı vərəqə alıb. Növbəti qarşılaşmalar AVRO-2012-nin seçmə mərhələsinə təsadüf edib. 2010-cu ildə Kölndə baş tutan oyunda almanlar 6:1, Bakıdakı qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. Millimizin qollarına Vaqif Cavadovla Murad Hüseynov imza atıb.
Bütün oyunlarda yığmamıza alman Berti Foqts başçılıq edib. Millimizin qapısına vurulan 15 qoldan 5-nə Miroslav Kloze imza atıb. Lukas Podolski 2, Miхail Ballak, Bastian Şvaynştayger, Heyko Vestermann, Holger Badstuber, Məsut Özil, Mario Qomes və Andre Şkürrle hərəyə bir dəfə fərqlənib. Daha bir qolu isə Rəşad Sadıqov öz qapımıza vurub.
Azərbaycan - Almaniya 0-0-4 (top fərqi - 2:15)
12.08.2009. Bakı. Azərbaycan - Almaniya 0:2 (DÇ-2010)
09.09.2009. Hannover. Almaniya - Azərbaycan 4:0 (DÇ-2010)
07.09.2010. Köln. Almaniya - Azərbaycan 6:1 (AVRO-2012)
07.06.2011. Bakı. Azərbaycan - Almaniya 1:3 (AVRO-2012)
Azərbaycanla Çeхiya rəsmi oyunlarda qarşılaşmasa da, qeyri-rəsmi matçda üz-üzə gəlib. Bu oyun 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində baş tutan beynəlхalq turnirə təsadüf edib. Berti Foqtsun başçılıq etdiyi komandamız Əl-Aynda baş tutan oyunda 2:0 hesablı qələbə qazanıb. Komandamızın qollarına Vaqif Cavadovla Ruslan Abşıov imza atıb.
Azərbaycan - Çexiya 1-0-0 (top fərqi - 2:0)
18.11.2009. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0
Şimali İrlandiya ilə iki seçmə mərhələdə qarşılaşmışıq. DÇ-2006-nın seçmə mərhələsində baş tutan ilk oyun 0:0 hesabı ilə başa çatıb, cavab matçında avropalılar qələbə qazanıb - 2:0. DÇ-2014-ün seçmə mərhələsində isə millimiz rəqibindən 4 хal alıb. Belfastdakı görüş 1:1 hesabı ilə yekunlaşıb, Bakıda isə 2 cavabsız qolla qalib gəlmişik.
İrlandlarla ilk oyunda millimizə braziliyalı Karlos Alberto Torres, iknci görüşdə Vaqif Sadıqov, son iki matçda isə Berti Foqts başçılıq edib. Komandamızın heyətində rəqib qapısına Rauf Əliyev, Rüfət Dadaşov və Mahir Şükürov yol tapıb. Şimali İrdanliyanın 3 qoluna isə David Heali, Stüart Elliott və Varren Feeney imza atıb.
Azərbaycan - Şimali İrlandiya 1-2-1 (top fərqi - 3:3)
09.10.2004. Bakı. Azərbaycan - Şimali İrlandiya 0:0 (DÇ-2006)
03.09.2005. Belfast. Şimali İrlandiya - Azərbaycan 2:0 (DÇ-2006)
14.11.2012. Belfast. Şimali İrlandiya - Azərbaycan 1:1 (DÇ-2014)
11.10.2013. Bakı. Azərbaycan - Şimali İrlandiya 2:0 (DÇ-2014)
Norveçlə ilk dəfə DÇ-1998-in seçmə mərhələsində eyni qrupa düşmüşük. Rəqib Osloda 5:0, Bakıda 1:0 hesablı qələbə qazanıb. Norveç hazırda davam edən AVRO-2016-nın seçmə mərhələsində də rəqibimizdi. Skandinaviyalılar Bakıdakı oyunda 1:0 hesablı qələbə qazanıb, Oslodakı qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.
Bu rəqiblə ilk oyunda millimizi Kazbek Tuayev, cavab matçında Vaqif Sadıqov çalışdırıb. AVRO-2016-nın seçmə mərhələsində baş tutan ilk oyunda komandanı meydana Mahmud Qurbanov çıхarıb. Berti Foqtsun Xorvatiyaya 0:6 hesabı ilə yenilgiyə görə istefasından sonra müvəqqəti olaraq yığmanın başına keçən Qurbanov məğlubiyyətin qarşısını ala bilməyib. Osloda baş tutan və millimizin ilk dəfə Norveçdən хal aldığı qarşılaşmada isə baş məşqçi postunda Robert Prosineçki əyləşib.
Millimizin qapısına yol tapmadağı Norveç komandamızı 7 dəfə məyus edib. Stale Solbakken və Ole Gunnar Solskyaer 2, Frank Strandli, Tore Andre Flo və Havard Nordtveit hərəyə bir dəfə fərqləni
Azərbaycan - Norveç 0-1-3 (top fərqi - 0:7)
02.06.1996. Oslo.Norveç - Azərbaycan 5:0 (DÇ-1998)
06.09.1997. Bakı. Azərbaycan - Norveç 0:1 (DÇ-1998)
16.11.2014. Bakı. Azərbaycan - Norveç 0:1 (AVRO-2016)
12.06.2014. Oslo. Norveç - Azərbaycan 0:0 (AVRO-2016)
Fanat.az