Kaxaber Tsxadadze: "Yarımqol vəziyyətləri yaratdıq"

Kaxaber Tsxadadze: "Yarımqol vəziyyətləri yaratdıq"

Kaxaber Tsxadadze "Qarabağ"la oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi nəticənin ədalətli olduğunu deyib: 

"Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də, hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar. Qol olmasa da, keyfiyyətli oyun alındı. Yarımqol vəziyyətləri yaratdıq. Heç-heçə isə ədalətli nəticədi. Düşünürəm ki, bu oyunu unutmalı və “Xəzər Lənkəran”la vacib qarşılaşmaya hazırlaşmalıyıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər