Kaxaber Tsxadadze "Xəzər Lənkəran"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi rəqib oyunçuların kopud oynadığını deyib:
"Öz komandamı yaxşı oyun münasibəti ilə təbrik edirəm. “Xəzər Lənkəran”la oyun bizim üçün vacib idi. Çünki ardıcıl iki oyunda qələbə qazana bilməmişdik. Digər tərəfdən yanaşsaq, bizim heyətlə bağlı problemlərimiz vardı. Başa düşürəm ki, “Xəzər Lənkəran” gənclərdən qurulub və futbolçular bəzi epizodlarda kobud oynadılar. Komandam bundan sonra kubok matçına yaxşı hazırlaşmalıdı”.
Fanat.az