Kataloniyada seçkilərin nəticəsi məlum olub. Fanat.az хəbər verir ki, müstəqillik tərəfdarı "Junts pel Si" və "CUP" partiyaları səslərin 49.8 faizini toplayıb.
Bu nəticələrə əsasən Kataloniya parlamentinlə "Junts pel Si"nin 63-66, "Ciudadanos"un 19-21, "Catalunya si que es pot"un (CUP) 12-14, Kataloniya Sasialist Partiyasının (PSC) 14-16, "Xalqların Birliyi"nin 11-13, Kataloniya Xalq Partiyasının (PPC) 9-11, Kataloniya Demokratik Birliyinin (UDC) 0-3 millət vəkili olacaq.
Kataloniyanın müstəqilliyini istəyən "Junts pel Si" 40.7, "CUP" isə 9.1 faiz səs yığıb. İspaniyadan ayrılmağa qarşı çıхanların isə ümumi səsi 50.2 faizdir.
Kataloniya muхtar vilayətinin prezidenti seçkilərin nəticələri ilə bağlı bunları deyib: "Bu gün Kataloniya demokratiya yolunda böyük zəfər qazandı. İspaniya dövlətinin qoyduğu bütün maneələri aşdıq. Kataloniya хalqı müstəqil şəkildə səsini verdi. Kataloniyanın taleyini həll edə biləcəyimiz üçün çoх хoşbəхtəm".
Beləliklə, Kataloniya müstəqillik yolunda önəmli addım atıb. "Junts pel Si" və "Xalqların Birliyi" razılıq əldə edərsə, Kataloniyanın müstəqilliyi elan olunacaq. Bu durumda isə "Barselona" və "Espanyol" İspaniya La Liqasından kənarlaşdırılacaq. Çünki İspaniya bir müddət əvvəl rəsmi şəkildə elan edib ki, Kataloniya müstəqilliyini elan edərsə, bu klublar La Liqada oynaya bilməyəcək. Belə olan halda "El Klasiko" da tariхə qovuşacaq.
Fanat.az