"Las-Palmas"ın sol cinah müdafiəçisi Serxi Kardona karyerasını iki İspaniya nəhəngindən birində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçu uğrunda "Barselona" və "Atletiko Madrid" mübarizə aparır. Mənbə hər iki klubun Kardonanı azad agent qismində heyətə qatmağı hədəflədiyini vurğulayıb.
Kardona 2021-ci ildən "Las-Palmas"ın uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 22 matça çıxan arxa xətt oyunçusu 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.